BAKU CITY RESIDENCE OLİMPİK
Koroğlu metrosunun yaxınlığında, Heydər Əliyev prospekti üzərində yerləşən Baku City Residence Olimpik yaşayış kompleksində 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 71.5 m² sahəsi olan 2 otaqlı studiya tipli pod mayak mənzil satılır.
Mənzil rahat planlaşdırmaya malikdir və təmir zamanı şəxsi zövqə uyğun şəkildə dizayn edilə bilər.
Kompleks 9 hektarlıq geniş ərazidə yerləşir və müasir yaşayış infrastrukturu ilə seçilir. Ərazidə yaşıllıq və istirahət zonaları, uşaq oyun meydançaları, idman meydançaları, fitness və SPA mərkəzi, qapalı hovuz, supermarket, kafe və digər xidmət obyektləri mövcuddur. Kompleksdə 24 saat mühafizə və video müşahidə, müasir KONE liftləri və yeraltı parkinq sistemi fəaliyyət göstərir.
Ətraf ərazidə Koroğlu metrosu, ASAN Xidmət, DOST Mərkəzi, Bravo, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və əsas şəhər nəqliyyat yolları yerləşir.
Sahə: 71.5 m²
Otaq sayı: 2 otaq studiya
Mərtəbə: 7/16
Təmir: Pod mayak
Qiymət: 215 000 AZN
Təxminən 126 000 USD
Həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir.